- Baxış sayı: 9
- 30 Mart 2026 17:23
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Ölkə çempionatının 22-ci turunda evdə “Səbail” klubunu 1:0 məğlub edən “Qarabağ” yarış cədvəlində ilk sırada yerini bir qədər də bərkitdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu dedi:
“Vacib 3 xal qazandıq. 4-cü dövrəyə qələbəylə başlamaq istəyirdik. “Səbail” bu gün bir daha çətin rəqib olduğunu göstərdi. Uşaqlar yaxşı mübarizə apardılar. Çətin oyun olsa da, sonda 3 xal qazana bildik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram”.