- Baxış sayı: 25
- 27 Noyabr 2024 19:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Qarabağ” ölkə çempionatının 27-ci turunda səfərdə “Keşlə”yə 0:3 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:
“Bu oyun barədə fikirlərim neqativdir. Rəqibi yaxşı oyun, qələbə münasibəti ilə təbrik edirəm. Futbolçularımız nəticə barədə düşünmürdü. Bəlkə, mən də belə idim. Burda səhvlərimiz nə idi, açıqlamaq istəmirəm. Rəqibin üstün cəhətlərinə diqqət ayırmalıydıq.
Futbolçularımız meydana konsentrasiyasız çıxmışdılar. Bu məğlubiyyət bizi düşünməyə vadar edir. Lakin hər komandada belə hallar olur. Bəzən bir komandada hər şey alınır, digərində isə yox. 0:3 hesabıyla uduzmaq istəməzdik. Belə qollar buraxmalı deyildik. Yaxşı deyiləsi bir şey yoxdu”.