- Baxış sayı: 24
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Qarabağ” ölkə çempionatı çərçivəsində Gəncədə “Kəpəz”dən üstün olub (2:0). Allsport.az saytı xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə oldu. Qələbə qazansaq da, oyundan tam razı deyiləm. Ola bilər ki, futbolçularda yorğunluq var idi. “Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm.
Necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydançanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı”.