Qurban Qurbanov yığmaya 27 futbolçu dəvət edib

Millinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanov 27 futbolçuya dəvət göndərib. “Ay-ulduzlular” mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı, mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoxlama görüşü keçirəcək.

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov (hər ikisi – “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov, Təmkin Xəlilzadə, İlqar Qurbanov (hamısı – “Qəbələ”), Rahil Məmmədov (“Səbail”), Slavik Alxasov (“Keşlə”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Ufuq Budaq (“Samsunspor”, Türkiyə)

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (“Qarabağ”), Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (“Neftçi”), Ruslan Qurbanov, Cavid Hüseynov (“Qəbələ”), Cavid İmamverdiyev (“Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dmitri Nəzərov (“Erzgebirge”, Almaniya)

Hücumçular: Ramil Şeydayev, Mahir Mədətov (“Qarabağ”), Amil Yunanov (“Sumqayıt”)

 

Həmin kateqoriyadan