- Baxış sayı: 53
- 03 Mart 2026 20:16
- Baxış sayı: 66
- Mart 02, 2026
- 0

ABŞ-də “Loyola Merimaunt” və “Kalinforniya” universitetlərinin beysbol komandaları arasındakı oyun meydana gözlənilmədən enən pelikan səbəbindən dayandırılıb.
Allsport.az xəbər verir ki, stadionun müdafiə toruna ilişən quş azarkeşlərin köməyi ilə azad edilsə də, birbaşa oyun sahəsinə enərək oranı tərk etməkdən imtina edib.
Hadisə ilə əlaqədar fasilə verilən matç pelikan təhlükəsiz yerə aparıldıqdan sonra davam etdirilib.