- Baxış sayı: 50
- 25 Sentyabr 2026 11:26
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

13–15 fevralda ölkəmizdə beynəlxalq qrapplinq AİQA təşkilatının Avrasiya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu mötəbər turnir regionun ən güclü idmançılarını bir araya gətirəcək və ölkəmizdə qrappling idman növünün inkişafına mühüm töhfə verəcək.
“Sərhədçi” olimpiya-idman mərkəzində çempionatla bağlı hazırlıqla bağlı federasiyanın prezidenti Azad Əsgərov və vitse-prezidentlər, eləcə də qrapplinq üzrə məşqçilərlə geniş tərkibli görüş keçirilib. Toplantıda yarışın təşkili, texniki məsələlər, idmançıların hazırlığı və ümumi təşkilati detallar ətraflı müzakirə olunub.