- Baxış sayı: 18
- 05 Dekabr 2025 21:28
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola həyat yoldaşı Kristina Serra ilə boşanır.
Allsport.az xəbər verir ki, cütlük ötən ilin dekabrında boşanmağı planlaşdırsa da, münasibətlərinə ikinci fürsət vermək qərarına gəliblər. Onların cəhdi uğursuz olub.
Qvardiola və Serra otuz ildir münasibətdə idilər. Boşanmanın əsas səbəbi cütlüyün bir-birinə olan hisslərinin soyumasıdır. Qvardiola daimi olaraq Mançesterdə, Serra Barselonada və Londonda yaşayır. Onlar yalnız bayramlarda və tətillərdə birlikdə vaxt keçirirlər.