- Baxış sayı: 32
- 27 Fevral 2026 23:50
- Baxış sayı: 56
- Fevral 26, 2026
- 0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola çempionlar liqasının 1/8 finalında “Real Madrid”lə qarşılaşmağı komandasının inkişafı üçün mühüm fürsət sayıb.
Allsport.az xəbər verir ki, mütəxəssis tarixin ən yaxşı klubuna qarşı oynamağın onlara təcrübə qazandırdığını bildirib: “Bu yarışda tarixin ən yaxşı komandalarına qarşı nə qədər çox oynasanız, bir o qədər çox öyrənir, təkmilləşir və gələcəkdə daha yaxşı olursunuz”.
Əsas mərhələni 8-ci pillədə bitirən “şəhərlilər” martın 10-da Madriddə, 18-də isə doğma meydanda “kral klubu” ilə üz-üzə gələcəklər.