- Baxış sayı: 33
- 25 Mart 2026 22:56
- Baxış sayı: 203
- Mart 25, 2026
- 0

İngiltərə premyer liqasının əfsanəsi Kolo Ture Pep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”nin məşqçilər korpusuna qoşulub.
Allsport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis daha əvvəl “şəhərlilər”in 18 yaşadək gənclərdən ibarət komandasının baş məşqçisinin köməkçisi işləyib.
O, Kot-d’İvuar millisi, “Seltik”, “Lester” və “Uiqan” komandalarında da çalışıb.
Kolo Ture futbolçu kimi İngiltərədə “Arsenal” (2002-2009), “Mançester Siti” (2009-2013) və “Liverpul”da (2013-2016) çıxış edib.