- Baxış sayı: 54
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0

“Neftçi”nin futbolçusu Mamadu Kanenin çıxış etdiyi Qvineya yığması Afrika millətlər kubokunun 3-cü turunda Zimbabveyə 1:2 yenilib.
Allsport.az saytı xəbər verir ki, legionçu 90 dəqiqə meydanda olub, 49-cu dəqiqədə məhsuldar ötürmə verib.
Məğlubiyyətə baxmayaraq, Qvineya millisi qrupda 2-ci yeri tutub və pley-ofa vəsiqə qazanıb.
Müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan Mamadu Kane “Neftçi”də icarə əsasında çıxış edir.