- Baxış sayı: 39
- 13 Mart 2026 23:43
- Baxış sayı: 166
- Mart 13, 2026
- 0

Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyuk İslandiya ilə oyundan öncə jurnalistlər önünə çıxıb.
Allsport.az xəbər verir ki, o, mətbuat konfransında görüşlə bağlı danışıb:
“Rəqibimizi yaxşı tanıyırıq. İslandiya güclü komandadır. Heyətlərində keyfiyyətli və kreativ oyunçular var. Bilirik ki, bizi çətin oyun gözləyir. Lakin matça yaxşı hazırlaşmışıq. Sabah uğurlu performans göstərəcəyimizə və yaxşı nəticə əldə edəcəyimizə inanıram”.