- Baxış sayı: 29
- 09 Mart 2026 18:48
- Baxış sayı: 292
- Mart 05, 2026
- 0

Azərbaycan premyer liqasının XXIII turunda keçirilmiş “Qarabağ” – “Araz-Naxçıvan” (6:0) oyunundan sonra qonaqların baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı baş tutub.
Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis ağır məğlubiyyəti belə şərh edib: “”Qarabağ”ı təbrik edirəm, bu gün yaxşı oynadı. Hər bir komanda rəqib imkan verdiyi qədər oynayır. Biz onlara istədiklərini etməyə imkan verdik. Əslində oyun tapşırığı belə idi ki, pressinq edək, rəqibi daha çox topsuz saxlayaq. Bunu da komanda şəklində etmək lazımdır, kimsə öz işini zəif görürsə, axsama olur, istədiyini reallaşdıra bilmirsən. Birinci qolda qapıçımız kobud səhvə yol verdi. Halbuki topu tutmalı idi, amma biz rəqibə özgüvən vermiş olduq. Bugünkü oyuna və nəticəyə görə azarkeşlərdən üzr istəyirəm. Onlar buna layiq deyildilər. Sanki oyunçuların bir qrupu meydanda gəzirdilər. Halbuki uğur qazanmaq üçün bütün futbolçular can yandırmalı idi. Bu nəticənin qeydə alınmasında məşqçilərin də payı var.
Əlbəttə, müəyyən tədbirlər görüləcək. Klub rəhbərliyinin göstərişi ilə futbolçular cərimə olunacaqlar.
Bugünkü nəticədən və oyundan sonra qarşıdakı 2 matça köklənmək çətin olacaq. Çalışacağıq ki, komandanı həmin matçlara kökləyək”.