- Baxış sayı: 42
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 31
- Noyabr 21, 2024
- 0
“Sabah” ölkə kubokunun “B” qrupunun 2-ci oyununda paytaxtda “Şəki”ni 103:82 məyus edib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis bunu deyib:
“3 periodda yaxşı çıxış edib oyundan öncə tərtib etdiyimiz plan üzrə hərəkət etsək də, sonuncu perioddan narazı qaldım. 4-cü periodda heyətdə dəyişikliklər etsəm də, 29 xal itirməli deyildik. Ola bilər bəzi oyunçular hesab arasında fərqin 40 yüksəlməsindən sonra arxayınlaşdılar və görüşün artıq başa çatdığını düşündülər.
Lakin peşəkar basketbolçu hesabı düşünməməli, sona kimi mübarizə aparmalıdır. Sonuncu hissədə isə bunu görmədim. Bunun üzərində işləməliyik. Lakin istənilən halda, qələbə, qələbədir. Ümumi götürsək, oyun gözlədiyimiz kimi keçdi.
Komanda olaraq xallar toplamağımız məni sevindirir. 28 ötürmə etməyimiz, topun hərəkətdə olduğunu göstərir. Aqressiv oynayaraq rəqibi 20 dəfə topu itirməyə məcbur etdik. “Gəncə” ilə oyuna qədər bəzi çatışmazlıqları aradan qaldırmalıyıq”.