- Baxış sayı: 33
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 102
- Fevral 06, 2026
- 0

Qəbələ şəhər stadionunda keçirilən ölkə kubokunun finalında “Zirə” penaltilərdə 3:4 (əsas vaxt 1:1) “Qarabağ”a yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov bunu söylədi:
“Meydanın bir tərəfində favorit komanda, digər tərəfində əzmkar, sonadək döyüşən komanda vardı. Oyunun gedişində ştatlı penal vuran 2 futbolçumuz zədələndi. “Neftçi” ilə matçda müəyyənləşdirdiyim oyunçular özlərini doğrultdular. Bu son görüş idi, yorğunluq da öz sözünü dedi. Üstəlik, builki “Qarabağ” fərqlidir: daha dinamik, dəqiq, geniş heyətə malik.
Qarşıda konfrans liqası gəlir. 3-4 futbolçu transfer etməyi planlaşdırırıq. Yeni sınaqda öz sözümüzü deməliyik”.