- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0
Zaqatalada Premyer Liqanın yeni mövsümünə hazırlığını davam etdirən “Rəvan” növbəti yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, iyulun 2-də bir günlük Tiflisə yollanan “aslanlar” Gürcüstan yığmasının təlim-məşq bazasının stadionunda “Sioni” ilə üzə-üzə gəliblər.
Yüksək liqada çıxış edən rəqiblə matç Bolnisi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonşu ölkə klublarının duelində 2 top fərqi ilə məğlub duruma düşən bakılıların yeganə qoluna Ramazan Abbasov imza atıb.
Qeyd edək ki, Gürcüstan klubu ilə görüş “Rəvan”ın yay hazırlığı dönəmində keçirdiyi 3-cü yoxlama oyunu olub. Paytaxt klubu daha öncə “İnter”i məğlub etdiyi halda (2:1), “Qəbələ”nin əvəzedici komandasına uduzub (3:6).