“Rəvan” keçmiş legionerlərini geri qaytarır

“Rəvan” keçmiş futbolçularını geri qaytarmağa davam edir. Allsport.az xəbər verir ki, paytaxt klubu vaxtilə formasını geydiyi Şerif Suma ilə Samuel Barlayı da düşərgəsinə qaytarmağa qərar verib.

Hər iki futbolçu artıq Bakıya dəvət olunub. Onlarla yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Suma ilə Barlay “Rəvan”da 2011-ci ildən çıxış etməyə başlamışdılar. Barlay 2013-cü ildə bu klubdan ayrılaraq AZAL-a keçmiş və bir mövsüm “təyyarəçilər”in uğurları üçün çalışmışdı. Suma isə cəmi bir mövsüm “Rəvan”da oynadıqdan sonra ölkəsinə – Syerra Leoneyə qayıdaraq, “Yohansen”lə anlaşmışdı.

Syerra Leone yığmasının üzvləri 2014/15 mövsümünü birgə İsveçin “Siryanska” klubunda keçiriblər.

Həmin kateqoriyadan