- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0
Bu gün “Rəvan”ının yeni məşqçi korpusu ilə komanda üzvləri arasında tanışlıq xarakterli görüş olub. Allsport.az xəbər verir ki, klubun Qaraçuxur qəsəbəsində yerləşən bazasında baş tutan mərasimdə vitse-prezidenti İlqar Axundov əsas komandanın çalışdırıcı Emin Quliyevi və onun köməkçiləri – Rövşən Babayevlə Rauf Mehdiyevi kollektivə təqdim edib.
Klub rəhbərliyi, texniki və inzibati heyətin iştirak etdiyi toplantıda yaxın 3 gün ərzində görüləcək işlərdən də söz açılıb. İ.Axundov işlərin intensivləşməsi üçün müvafiq tapşırıqlar verib.