- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 61
- Mart 02, 2026
- 0

“Barselona”nın hücumçusu Rafinya İspaniya superkubokunun finalında Madrid “Real”ı üzərində qazanılan qələbənin (3:2) ən yaxşı oyunçusu adını qazanıb.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçu həlledici qarşılaşmada dubl müəllifi olub.
O, matçın 36-cı və 73-cü dəqiqələrində rəqib qapısına yol tapıb. Kataloniya klubunun heyətində digər qolu Robert Levandovski, “Real”ın heyətində isə Vinisius Junior və Qonsalo Qarsiya vurublar.