Rafinyaya vəzifə verildi

Braziliyanın “San-Paulu” klubu sabiq müdafiəçisi Rafinyanın idman direktoru vəzifəsinə təyin olunduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, yeni vəzifəsi barədə danışan 40 yaşlı Rafinya rəhbərliklə komanda arasında əsas əlaqələndirici olacağını bildirib: “Bu, mənim üçün yeni bir sınaqdır. “San-Paulu”nu necə sevdiyimi hamı bilir. Yenidən kluba kömək etməyə hazıram”.

Rafinya karyerasının böyük hissəsini (2011-2019) “Bavariya”da keçirib. O, Almaniya klubu ilə 7 dəfə bundesliqa çempionu olmaqla yanaşı, çempionlar liqası və klublararası dünya çempionatının qalibi adını qazanıb.

Həmin kateqoriyadan