- Baxış sayı: 14
- 27 Noyabr 2024 19:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Rusiyanın “Zenit” və Türkiyənin “Trabzonspor” klubları arasında qalmaqal yaranıb. Allsport.az saytı xəbər verir ki, olaya səbəb Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayevdir. “Ağ-mavilər” öz yetirməsinin qara dənizlilərə keçidi zamanı heç bir təzminat ödənilməməsindən narazı qalıb. Rusiya təmsilçisi artıq bununla əlaqədar FİFA-ya şikayət də ünvanlayıb. “Zenit” həmyerlimizə görə qarşı tərəfdən 40 min avro yetişdirmə haqqı tələb edir.
“Trabzonspor” rəhbərliyi artıq bununla əlaqədar ruslarla birbaşa danışıqlara başlayıblar. FİFA tərəfindən cəza almamağa çalışan “bordo-mavililər”tələb olunan məbləği 20 min avro olmaqla, 2 dəfəyə ödəməyi təklif edib. Amma ruslar bunu qəbul etməyiblər və 40 min avronun birdəfəlik ödənilməsini istəyirlər.
Xatırladaq ki, “Trabzonspor” Ramil Şeydayevi ötən mövsümün əvvəlində transfer etmişdi. Lakin bu komandada möhkəmlənə bilməyən hücumçu öncə Slovakiya “Jilina”sına, sonra “Qarabağ”a icarəyə verilib.