- Baxış sayı: 18
- 27 Noyabr 2024 17:53
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Peşəkar futbol liqasının prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb. Allsport.az saytı xəbər verir ki, o, 14 ildir futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi”nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə “Birlik kuboku”nun ilk qalibi olub.
2 iyul 2008-ci ildə AFFA-da səsvermənin nəticəsinə əsasən, yeni yaradılan PFL-ə prezidenti seçilib və vəzifəsini 4 il icra edib. 2012-ci ilin 3 iyulunda AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə 2-ci müddətə seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.