- Baxış sayı: 37
- 09 Yanvar 2026 20:43
- Baxış sayı: 169
- Yanvar 09, 2026
- 0

“Real Madrid”in və İspaniya millisinin əfsanəvi keçmiş müdafiəçisi Serxio Ramos yetirməsi olduğu “Sevilya” klubunu satın almağa hazırlaşır.
Allsport.az xəbər verir ki, 39 yaşlı ulduz futbolçu bir qrup investorun rəhbəri kimi rəsmi şəkildə səhmdarlara təklif göndərib. Klubun ABŞ fondu ilə danışıqlarının uğursuzluqla nəticələnməsi və səhmlərin qiymətinin kəskin düşməsi Ramos üçün əlverişli şərait yaradıb. Mənbələr Serxio Ramosun təklifinin klub tarixində indiyədək edilən ən böyük maliyyə təklifi olduğunu bildirirlər.
Ramos karyerasına başladığı “Sevilya”da 2004-2005 və 2023-2024-cü illər mövsümündə çıxış edib.