- Baxış sayı: 41
- 26 Yanvar 2026 21:26
- Baxış sayı: 433
- Yanvar 26, 2026
- 0

Serxio Ramos yetirməsi olduğu “Sevilya” klubunu almağa hazırlaşır.
Allsport.az xəbər verir ki, son olaraq Meksikanın “Monterrey” klubunda çıxış edən 39 yaşlı müdafiəçi “Five Eleven Capital” holdinqi ilə birlikdə klubun səhmlərini almaq üçün prinsipial razılıq əldə edib. Sövdələşmənin ümumi dəyərinin 450 milyon avro olacağı gözlənilir.
Məlumata görə, “Sevilya”nın hazırkı səhmdarları artıq bu təklifi bəyəniblər. Ramos və tərəfdaşları hazırda klubun maliyyə hesabatlarını dərindən araşdırırlar. Əgər proses uğurla başa çatsa, ispaniyalı ulduz vaxtilə akademiyasında yetişdiyi və ulduzlaşdığı kluba bu dəfə sahibkar kimi qayıdacaq.