- Baxış sayı: 120
- 15 Dekabr 2025 16:26
- Baxış sayı: 122
- Dekabr 19, 2025
- 0


Azərbaycan şahmat federasiyası rapid və blits üzrə dünya çempionatına yollanacaq heyəti müəyyənləşdirmək üçün növbəti ölkə çempionatını keçirəcək.
Allsport.az saytı xəbər verir ki, 24-26 noyabrda mərkəzi şahmat klubunda kişilərin, 27-29 noyabrda AŞF-nin mənzil-qərargahında qadınların mübarizəsi olacaq.
Reqlamentə əsasən ilk 3 yeri tutanlar dünya çempionatında Azərbaycanı təmsil edəcək.
Kişilərin yarışında mükafat fondu 5000, qadın şahmatçılarda isə 3000 manatdır.