“Real Madrid”də Bellingem şoku

İyulun 16-da “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem əməliyyat olunacaq.

Allsport.az xəbər verir ki, ingiltərəli futbolçunu iki ilə yaxındır sol çiyni zədəlidir.

Bellingem klub və milli komanda ilə oyunların sıx qrafikinə görə əməliyyatı təxirə salıb.

22 yaşlı oyunçunun sağalması üçün iki-üç ay lazım olacaq. O, yeni mövsümün əvvəlində Madrid komandasının 10-a qədər oyununu buraxa bilər.

Həmin kateqoriyadan