- Baxış sayı: 37
- 25 Mart 2026 22:56
- Baxış sayı: 207
- Mart 25, 2026
- 0

“Real Madrid” “River Pleyt”in futbolçusu Franko Mastantuononu transfer edib.
Allsport.az xəbər verir ki, “kral klubu” 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə bağlayıb.
Madrid təmsilçisi argentinalı üçün qarşı tərəfə 45 milyon avro ödəyəcək.
Mastantuono “River Pleyt”in heyətində iştirak etdiyi 61 oyunda 10 qol və 7 məhsuldar ötürmə müəllifi olub.