- Baxış sayı: 24
- 15 Yanvar 2026 19:37
- Baxış sayı: 40
- Yanvar 15, 2026
- 0

“Real Madrid” gələn yay komandaya yeni baş məşqçi gətirmək üçün namizədləri nəzərdən keçirməyə başlayıb.
Allsport.az “El Larguero”ya istinadla xəbər verir ki, hazırkı baş məşqçi Alvaro Arbeloanın komandaya yalnız mövsümün sonuna qədər rəhbərlik edəcəyi gözlənilir.
Xabi Alonsonun gedişindən sonra postu təhvil alan Arbeloa üçün “kral klubu”ndakı karyerası uğursuz başlayıb. Madrid təmsilçisi onun rəhbərliyi altında İspaniya kral kubokunun 1/16 final mərhələsində sensasiyalı şəkildə “Albasete”yə məğlub olaraq turniri tərk edib.
Mənbənin məlumatına görə, “Real Madrid” rəhbərliyi gələn yay üçün əsas hədəf olaraq Yurgen Kloppun namizədliyini müəyyənləşdirib. Hazırda klub Kloppu gələcək layihənin rəhbəri kimi görmək niyyətindədir.