- Baxış sayı: 39
- 27 Yanvar 2026 17:07
- Baxış sayı: 481
- Yanvar 26, 2026
- 0

“Real Madrid”in sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold zədəsini sağaldaraq yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Allsport.az xəbər verir ki, bud nahiyəsindən aldığı zədə səbəbindən bir aydır sıradan çıxan 27 yaşlı ingiltərəli futbolçunun la liqanın növbəti turunda “Rayo Valyekano”ya qarşı oyunda iştirak etmək imkanı yüksəkdir. Artıq komanda ilə qismən məşqlərə qatılan müdafiəçi, mövsümün final mərhələsində əvvəlki formasını bərpa etməyə çalışacaq.
Eyni zamanda, diz zədəsindən əziyyət çəkən Antonio Rüdigerin də vəziyyətində irəliləyiş var. Onun gələn həftə məşqlərə başlayacağı və fevralın ortalarında tam hazır olacağı gözlənilir.