- Baxış sayı: 55
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 58
- Dekabr 18, 2025
- 0

Azərbaycan futbol federasiyaları assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov Cəlilabad şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.
Allsport.az xəbər verir ki, futbol mütəxəssisləri Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi görüşdə uşaqlara assosiasiyanın adından futbol geyimləri və toplar verilib.
Rayon futbol ictimaiyyəti ilə aparılan müzakirə zamanı Cəlilabad rayonunu təmsil edən “Ümid” komandasının AFFA-nın dəstəyi ilə cari mövsümdə “region liqası”nda iştirak edəcəyi qərarlaşdırılıb.