- Baxış sayı: 41
- 26 Yanvar 2026 21:26
- Baxış sayı: 433
- Yanvar 26, 2026
- 0

Azərbaycan premyer liqasının XVII turu 7 legionçu baş məşqçinin komandasının meydana çıxması ilə əlamətdar olub. Allsport.az xəbər verir ki, 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas (“Sabah”), Qurbana Berdıyev (“Turan Tovuz”), Saşa İliç (“Sumqayıt”), Andrey Demçenko (“Araz-Naxçıvan”), Yuri Vernidub (“Neftçi”), Jorj Kaşkilya (“İmişli”) və Kaxaber Tsxadadzenin (“Qəbələ”) rəhbərlik etdiyi komandalar meydana çıxıb. Düzdür, onlardan ikisi – İliç və Tsxadadze cəza səbəbindən komandalarına texniki zonadan deyil, kənardan rəhbərlik edib.
Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb. Sonuncu dəfə 2011-ci il aprelin 30-da və mayın 1-də keçirilən turda 7 əcnəbi baş məşqçi olub.
Həmin vaxt Kaxaber Tsxadadze (“İnter”), Almir Hurtiç (“Muğan”), Toni Adams (“Qəbələ”), Qyoko Hacıyevski (“Simurq”), Naci Şənsoy (“Turan”), Mirça Rednik (“Xəzər Lənkəran”), Aleksandr Starkov (“Bakı”) komandalara rəhbərlik ediblər.
Ümumiyyətlə, indiyədək yalnız 2008/09 və 2011/12 mövsümlərinin gedişində belə hal yaşanıb. 2008/09 mövsümündə I turu 7 legioner baş məşqçinin olduğu ilk oyunlar kimi tarixə düşüb. 2008-ci ilin yayında Qyoko Hacıyevski (“Bakı”), Valentin Xodukin (“İnter”), Anatoli Demyanenko (“Neftçi”), Roman Pokora (“Simurq”), Kaxaber Tsxadadze (“Standard”), Mustafa Yılmaz (“Turan”), Rasim Qara (“Xəzər Lənkəran”) iş başında olub.