- Baxış sayı: 54
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0


İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Renat Dadaşov yeni sponsorluq anlaşması bağlayıb. Allsport.az xəbər verir ki, millimizin üzvü “Adidas” şirkəti ilə 3 illik müqavilə imzalayıb.
Anlaşmanın şərtlərinə əsasən, yeni butslar satışa çıxarılanda Renata ən azı 3 dəst veriləcək. Futbolçuya xüsusi büdcə ayrılıb və o, dünyanın istənilən “Adidas” mağazasından idman dəsti və butsı ala biləcək.