- Baxış sayı: 14
- 30 Mart 2026 12:22
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər üzrə Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, Frankfurt təmsilçisi evdə “Qroyter” ilə qarşılaşıb. 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 1:1.
Cəzalı olduğundan millimizin hücumçusu Renat Dadaşov meydana çıxmayıb. U-19 yığmamızın üzvü Murad Mahmudov 84-cü dəqiqədə mübarizəyə qoşulub.
“Qartallar” hazırda 7 xalla 14 klub arasında 7-ci sıradadır.