- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

İngiltərə Çempionşipində mübarizə aparan “Birmingem Siti” “Vulverhempton”da çıxış edən millimizin üzvü Renat Dadaşovu transfer etmək istəyib.Allsport.az xəbər verir ki, aşağı liqa klubu 21 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmayıb.
Renat 2019-cu ilin avqustunda “Vulverhempton”a keçib. O, “canavarlar”ın əsas komandasında debüt etməyib.