- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan kubokunun qalibinə aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, Cümhuriyyətimizin 100 illik yubiley günündə keçirilən final qarşılaşmasında “Keşlə” və “Qəbələ” klubları üz-üzə gəliblər.
Bu mübarizə növbəti avrokubok mövsümünə qatılacaq sonuncu komandanı da müəyyənləşdirəcəkdi. “Keşlə” bu matçdan qalib ayrılsa, ölkəmizin növbəti avrokubok mövsümündəki son iştirakçısı olacaqdı. Əks halda, bu huquq ölkə çempionatını 4-cü pillədə başa vuran “Zirə”yə qismət olacaqdı. “Qəbələ”yə gəlincə, o gümüş mükafatçı olaraq avroliqaya vəsiqəni öncədən təmin edib.
Görüşün taleyini 1 qol həll edib. Vaqif Cavadovun mükəmməl ötürməsi sayəsində Pərdis Fərcad-Azadın 2-ci hissədə vurduğu qol “Keşlə”yə həm ölkə kubokunu, həm də Avropa liqasına çıxışı qazandırıb.