- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Tofiq Bəhramov adına respublika stadionu Avropa stadion və təhlükəsizlik idarəçiliyi assosiasiyasına (ESSMA) rəsmi olaraq üzv qəbul edilib. Allsport.az xəbər verir ki, bu üzvlük stadionun beynəlxalq təcrübə mübadiləsinə qoşulması, təhlükəsizlik, idarəetmə və digər sahələrdə daha yüksək pilləyə yüksəlməsi baxımından faydalı olacaq.
Üzvlüklə bağlı ESSMA-nın rəsmi səhifəsində də paylaşım edilib. Paylaşımda 31200 tamaşaçı tutumu olan, futbol üzrə Azərbaycan komandası və “Qarabağ” futbol klubunun ev oyunlarını keçirdiyi stadionun dünyada futbol referisinin adını daşıyan ilk arena olduğu da qeyd edilib.