- Baxış sayı: 23
- 22 Mart 2026 10:40
- Baxış sayı: 230
- Mart 19, 2026
- 0
Almaniyanın “Fortuna” klubunun yarımmüdafiəçisi Toğrul Ərat Azərbaycan yığmasının düşərgəsindən zədəli qayıdıb. Allsport.az saytı xəbər verir ki, bunu Almaniya mətbuatına klubun U-23 komandasının baş məşqçisi Daşqın Ağsoy məlumat verib.
Bu üzdən də onun “Şalke-04 II” ilə oyunda meydana çıxmayacağı bildirilir. Qeyd edək ki, Ərat Azərbaycan yığmasının Moldova ilə yoxlama matçına (2:1) dəvət alsa da, həmin oyunu ehtiyat oyunçular skamyasından izləmək məcburiyyətində qalmışdı.