“Roma” onun transferində israrlıdır

“Roma” Robinio Vaz və Donyell Maleni heyətinə qatsa da, “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzeenin transferində israrlıdır.

Allsport.az xəbər verir ki, niderlandlı futbolçunun nümayəndələri ilə danışıqlar davam edir.

Ruben Amorimin gedişindən sonra “Yunayted” transferi dondursa da, hazırda yeni baş məşqçi Maykl Kerrikin gəlişi ilə vəziyyət yenidən nəzərdən keçirilir. Keçidlə bağlı son qərarın həm Kerrikdən, həm də Zirkzeenin özündən asılı olacağı gözlənilir.

Həmin kateqoriyadan