- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Ölkə kubokunun 1/2 finalının cavab oyununda “Qəbələ” səfərdə “Neftçi”ni 3:1 (1:2) üstələyib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun bunu deyib:
“Klubumuz üçün çox gözəl hadisə baş verdi. Bu üzdən danışılası müsbət məqamlar çoxdur. Bu addımı çox vacib anda atdıq. Finala yüksəldiyimiz üçün çox şadıq. Avrokuboklarda belə böyük sevinc yaşasaq da, daxili yarışlarda bu hal olmamışdı. Çünki yüksək yerlər tutsaq da, titul qazanmamışıq. Sevinməyimiz təkcə nəticə deyil, həm də titula doğru addımı son şansdan yararlanmaqla atmağımızla bağlıdır. Hadisələrin belə uğursuz axarında yarımfinal səddini adladıq. Qələbə ağır vəziyyətdə qazanıldığı üçün daha dəyərlidir. Vojislav Stankoviçin əvəzlənməsi bizim üçün gözlənilməz deyildi. Çünki belə hallarla çox üzləşmişik.
Belə strateji baxımdan ağır vəziyyətdə qalib gəlmək komandanın güclü olmasını göstərir. Finalda həmyerlim Yuri Maksimovun çalışdırdığı “Keşlə” ilə qarşılaşmağımız heç bir prinsipiallıq artırmır. Finalda olmaq və qalib gəlməyin özü prinsipial məsələdir. Sistematik yüksək nəticələr qazanmaq üçün bütün cəhətlərdən tam hazır olmalıyıq. Hətta bu tələblərə cavab verən komanda da nəticə qazanmaya bilər.
“Neftçi” ilə ilk oyundan öncə qapıçı və bombardirimiz zədələndi. Klubda titul qazanmaq üçün çox şey qurban vermişəm. “Qarabağ” çempionatda bütün komandalardan üstündür. Finalda “Qarabağ” deyil, istənilən başqa rəqiblə oynamaq daha yaxşıdır. “Keşlə”də əvvəlki ilə müqayisədə müəyyən fərqlər var. Burada baş məşqçinin işi hiss olunur. Maksimovu tanıdığımdan deyirəm ki, bu komanda həmişə istənilən rəqiblə mübarizə aparacaq. Finala qədər vaxtımız var, müəyyən şeylər fikirləşəcəyik”.