- Baxış sayı: 24
- 27 Noyabr 2024 19:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 26-cı turunun “Qəbələ” – “Keşlə” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Ümumilikdə, yaxşı, əsl futbol alındı. Əslində, öncədən də belə olacağını gözləyirdik. Komandamızın oyununa gəlincə, qol imkanlarından istifadə daha yaxşı olmalıdır. Belə oyunlarda qalib gəlmək olar. Bu gün isə oyunun əvvəlində elə imkanlar qaçırdıq ki, onlardan yararlanmalı idik.
Bunu bacarsaydıq, futbolçuların psixoloji durumu da fərqli olardı, oyunun axarı da başqa cür gedərdi. Buna baxmayaraq, çempionatda yaxşı oyunlardan birini keçirdik. Bu matça hazırlaşan zaman finalda da eyni rəqiblə qarşılaşacağımızı düşünmürdük.
Bu görüşə komandamızın son oyunlarda yaxşı oynamasına və rəqibin analizinə əsasən hazırlaşmışdıq. Kuboka qədər hələ hər komandanın 2 oyunu və 3 həftəlik hazırlıq dövrü var. Həmin matçadək öz oyunumuzu təkmilləşdirib, rəqibi də izləməkdə davam edəcəyik”.