- Baxış sayı: 19
- 27 Noyabr 2024 17:16
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 19-cu turunun “Kəpəz” – “Qəbələ” matçından (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Çox vacib qələbə qazandıq. Mən və komandam bu qələbə ilə fəxr edirik. Çünki bu qələbə elə bir dövrdə qazanılıb ki, həmin vaxt bir sıra hadisələr bizim üçün uğursuz cərəyan edirdi. Bu üzdən də belə vəziyyətdə qalib gəlməklə əldə etdiyimiz özünəinam 3 xaldan daha vacibdir. Cavid Hüseynovun oynamaması məşq zamanı zədələnməsi ilə bağlı idi.
Bu, vacib bir anda, Cavidin bizə lazım olduğu vaxtda yaşandı. Yaxşı ki, qələbə qazandıq. Hüseynovu bugünkü ad günü münasibətilə təbrik edirəm. Rasim Ramaldanovun meydana çıxmamasına gəlincə isə təhlillərim sayəsində futbolçuları tanıdığım üçün belə qərar verdim.
Qarşılaşmanın hakimlərinə böyük hörmətim olsa da, onların sarı vərəqələrin göstərilməsinə baxışları ilə qətiyyən razı deyiləm. Oyun zamanı emosionallığım da bununla bağlı idi. Stiven Moroz hələ fərdi məşqlər edir, meydana nə vaxt qayıdacağını bilmirik”.