Roman Qriqorçuk: Hakimlər də səhv edə bilərlər, amma bu ənənəyə çevrilməməlidir

Premyer liqasının 5-ci turunun “Səbail” – “Qəbələ” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Qələbə qazanmağımızdan çox razı qaldıq. Futbolçular çalışdılar. Sayılmayan qol epizodunu görmədim və bu üzdən narazılıq edə bilməzdim. Hakimlər də səhv edə bilər. Amma bu tendensiyaya çevrilirsə, komanda psixoloji cəhətdən güclü olmalıdır ki, heç nədən asılı olmayaraq oynasın. Oyunun ilk dəqiqəsindən soyuqqanlı idim. Hər şey nəzarətimdə idi.

Futbolçulara irad bildirirəmsə, bu mənim işimdir. Deməzdim ki, biz limitə düşən gənc oyunçu tapmamışıq. Komandamızda bizimlə məşq edən 5-6 gənc futbolçu var. Onlardan hansının oynaması vacib deyil. Əsas onları hazırlamaqdır ki, bu səviyyədə oynamaq gücündə olsunlar. İndi onlar arasında buna ən yaxını Qismət Alıyevdir. Bu oyunçuların hamısı diqqətimizdədir. Onlara çox inanırıq”.

Həmin kateqoriyadan