- Baxış sayı: 9
- 27 Noyabr 2024 19:47
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqasının 21-ci turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Bu gün qalib gəlmək istəyirdik. Çünki strateji baxımdan qələbə çox lazım idi. Qarşıdakı çətin, gərgin qrafikli oyunlar, kubok görüşləri öncəsi qalib gəlsəydik, psixoloji cəhətdən də daha asan olardı. Lakin bu gün heç-heçə qeydə alındı.
Oyunu analiz edəcəyik. Razıyam ki, “Qarabağ” güclü komandadır. Lakin biz də əlimizi yanımıza salmayıb, bu komandayla mübarizə aparmağa çalışırıq. Bu gün çox yaxşı, ideal oynadığımızı deyə bilmərəm. Bu, hücumda daha çox olmaq, ön xətdə güclü oynamaq, topa nəzarət etmək, rəqib qapısında kəskinlik yaratmaq deməkdir.
Belə oyun olduğunu deyə bilməsəm də, futbolçularıma da iradım yoxdur. Matç zamanı da, əvvəl də görünürdü ki, oyunçular qarşılaşmaya ciddi yanaşır, çalışırlar. Hücumun sonluğunda daha güclü oynamalıyıq”.