Roman Qriqorçukla bağlı qərar verilib

“Qəbələ” baş məşqçi Roman Qriqorçukla vidalaşıb. Allsport.az saytı xəbər verir ki, bu qərar Azərbaycan kubokunun finalnın ardından ukraynalı mütəxəssis və klub rəhbərliyi arasında qəbul olunub. Görüşdə onunla müqavilənin uzadılmaması qərara alınıb.
2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la premyer liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib. 3 dəfə Avropa liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsi yüksəlib. Gümüş medalçı Qriqorçuka 2015-2018 illərdə komandadakı uğurlu fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.

Həmin kateqoriyadan