- Baxış sayı: 25
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 36
- Dekabr 05, 2025
- 0

Braziliya millisi ilə ikiqat dünya çempionu Ronaldo Nazario Madriddə restorandan sərxoş halda çıxarkən görüntülənib.
Allsport.az xəbər verir ki, 48 yaşlı veteranın videosu sahibi və prezidenti olduğu “Real Valyadolid” klubundakı problemlər fonunda yayılıb. Klub mayın 3-də “Barselona”ya 1:2 hesabı ilə uduzaraq 100 illik tarixində ilk dəfə ardıcıl 8 oyunda məğlub oldu.
Komanda hazırda sonuncu pillədə qərarlaşıb.
Ronaldo 2018-ci ilin sentyabrında “Valyadolid”in sahibi olub. Onun rəhbərliyi altında komanda üçüncü dəfə la liqadan ayrılır. Sərxoş Ronaldonun videosu ortaya çıxandan sonra “Valyadolid” azarkeşləri braziliyalıya daha da qəzəbləniblər.