- Baxış sayı: 26
- 30 Mart 2026 19:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

İngiltərə futbolunun məşhur mütəxəssislərindən olan Roy Hocson yenidən məşqçilik fəaliyyətinə başlayır.
Allsport.az xəbər verir ki, 78 yaşlı çalışdırıcı çempionşip təmsilçisi “Bristol Siti”nin baş məşqçisi təyin olunub. O, bu postda Gerhard Ştruberi əvəzləyib və mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. 1976-cı ildən məşqçilik edən Hocson karyerası ərzində “İnter”, “Liverpul” və İngiltərə millisi kimi komandaları çalışdırıb.
Hazırda 16-cı pillədə qərarlaşan “Bristol Siti” rəhbərliyi Hocsonun təcrübəsi ilə vəziyyəti düzəldəcəyinə ümid edir.