“Rüfət Dadaşov daha yüksək Almaniya liqalarında oynaya biləcək səviyyədədir”

Millimizin keçmiş baş məşqçisi Berti Foqts azərbaycanlı futbolçu Rüfət Dadaşovun 3-cü Bundesliqa klubu “Proyssen”lə müqavilə bağlamasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis bu keçidi hər 2 tərəf üçün böyük fürsət hesab edib. 2008-2014-cü illərdə yığmamızın sükanı arxasında olmuş və həmin dövrdə həmvətənimizlə 16 matçda imkan verən miş “Teryer”, hücumçunun daha yüksək liqalarda oynaya biləcəyini düşünür:

“Mən Rüfət Dadaşovun 3-cü Bundesliqaya, “Proyssen”ə transfer olunacağını gözləmirdim. Rüfət yaxşı oğlandır və daha yüksək liqalarda asanlıqla oynaya biləcək səviyyədədir. “Proyssen” onu almaqla böyük “ov yaxaladı””.

Apasport.az-ın məlumatına görə, hazırda zədədən əziyyət çəkən 26 yaşlı hücumçu özü “Dinamo”nu bu şəkildə tərk etmək istəmir. O, mövsümün sonuna qədər sağalacağına inanır: “Berlin klubundakı sonluğumun belə olacağını təsəvvür etmirdim. Amma iyunun 30-da “Proyssen”ə qoşulana qədər meydana qayıda bilərəm”.

Xatırladaq ki, Rüfət Dadaşov “Proyssen”lə 2-illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan