- Baxış sayı: 103
- 16 Dekabr 2024 14:37
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Qazanda fiqurlu konkisürmə üzrə böyüklər arasında Rusiya qran prisinin 4-cü mərhələsinə start verilib. Allsport.az xəbər verir ki, azarkeşlər ən çox Kamilə Vəliyevanın debütünü gözləyirdilər. O, qısa proqramda qalib gələrək tərəfdarlarını sevindirdi.
Sofya Muravyova və Alina Qorbaçova ondan dala qalıb.
Kişilərdə az qala sensasiya baş verirdi. Vladislav Dikici dördlüklə inamlı, təmiz performans nümayiş etdirdi. Ancaq hazırkı ölkə çempionu Yevgeni Semenenko, hakimlərin sədaqətinin köməyi ilə onu qabaqlaya bildi.
Cütlüklərdə gözlənildiyi kimi dünya çempionları Anastasiya Mişina və Aleksandr Qalyamov birinci yerə sahib çıxdılar. Onların seriyadakı ikinci qələbəsini əldən vermələri üçün qeyri-adi bir şey baş verməli idi.