Rusiya və Belarusa qarşı mövqe dəyişmədi

Beynəlxalq olimpiya komitəsinin icraiyyə komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmanına qarşı sanksiyaların tətbiqi ilə bağlı tövsiyələri qüvvədə saxlayıb. Allsport.az saytı xəbər verir ki, BOK-un kommunikasiyalar üzrə direktoru Mark Adams islasda verilən qərarlara aydınlıq gətirib:

“Mövqe dəyişməyib, fevral ayından bəri tətbiq edilən qoruyucu tədbirlər qüvvədə qalır. İndi detallara varmaq düzgün olmazdı. BOK prezidenti Tomas Baxın bir qədər əvvəl dediyi kimi, indi Rusiya və Belarusa qarşı sanksiyaları ləğv etməyin vaxtı deyil”.

Həmin kateqoriyadan