- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Millimizin Makedoniya futbolçuları ilə yoxlama oyununda ilk dəfə videotəkrar qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, Antalyanın “Mərdan” stadionunda keçirilən görüşün 20-ci dəqiqəsində Ruslan Abışov rəqib hücumçu Qoran Pandevə qarşı cərimə meydançası daxilində kobud oynayıb.
Makedoniya yığmasının kapitanı haşiyənin kənarında yerə yıxıldığı üçün, türkiyəli baş hakim Xalis Özqəhya 11-metrlik nöqtəni göstərməyib. Amma qarşı tərəfin tələbi ilə videotəkrara müraciət olunub. FİFA referisi Cüneyd Çağırın rəhbərlik etdiyi video hakimlər epizodun penalti olduğunu bildiriblər. Yalnız bundan sonra baş hakim qərarını dəyişib.
Zərbəni dəqiq yerinə yetirən Aleksandr Traykovski hesabı bərabərləşdirib – 1:1. İlk hissə, ümumən oyun bu hesabla yekunlaşıb.