- Baxış sayı: 77
- 16 Fevral 2025 15:55
- Baxış sayı: 276
- Fevral 18, 2025
- 0
FİDE yeni reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmatçıları dünya reytinqində mövqelərini qoruyublar.
Şəhriyar Məmmədyarov (2757 xal) 10-cu, Teymur Rəcəbov (2747 xal) 15-ci pillədədirlər. Kişilərdə ilk 100-lükdə daha bir təmsilçimiz yer alıb – Qədir Hüseynov (2661 xal) 85-cidir.
Qadınların əmsalında Günay Məmmədzadə 2473 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2408) 45-ci, Gülnar Məmmədova (2382 xal) isə 73-cü sıradadır.